Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da “Birlikdə balqabaq boyayaq” master-klası keçiriləcək

Payızın rənglərini yaradıcılıqla birləşdirən “Birlikdə balqabaq boyayaq” master-klası 16 oktyabr saat 19:00-da “Əli və Nino” kitab mağazalar şəbəkəsinin Crescent Mall filialında baş tutacaq.

Master-klass çərçivəsində iştirakçılar balqabaqları öz zövqlərinə uyğun bəzəyərək fərdi dizaynlarını yaradacaq, rəngləmə ləvazimatlarından istifadə edərək yaradıcılıqlarını nümayiş etdirəcəklər. Tədbir zamanı Instax ilə foto çəkiliş, həmçinin snack bar və çay süfrəsi də təşkil olunacaq.

Payızın isti və rahat atmosferində keçiriləcək tədbir dostlarla birlikdə vaxt keçirmək, yeni təcrübə qazanmaq və yaradıcı anları xatirəyə çevirmək istəyənlər üçün nəzərdə tutulub.

İştirak haqqı 19,90 AZN təşkil edir. Qiymətə balqabaq, rəngləmə ləvazimatları, Instax ilə foto çəkiliş, snack bar və çay süfrəsi daxildir.

Tarix: 16 oktyabr
Saat: 19:00
Məkan: “Əli və Nino”, Crescent Mall, 4-cü mərtəbə
Əlaqə: +995 51 716 59 11