Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da Pərinuş Səni ilə görüş və imza saatı keçirildi

26 oktyabr saat 19:00-da Crescent Mall ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında iranlı yazıçı Pərinuş Səni ilə görüş və imza saatı baş tutub.

Səmimi atmosferdə keçən görüş zamanı oxucular yazıçının yaradıcılığı, əsərlərində əks olunan mövzular və oxucuların qəlbində iz buraxan hekayələr haqqında söhbət ediblər.

Tədbirin əsas hissələrindən biri müəlliflə canlı ünsiyyət olub. İştirakçılar öz təəssüratlarını bölüşüb, onları maraqlandıran sualları yazıçıya ünvanlayıblar.

Görüş imza saatı ilə davam edib. Oxucular kitablarını müəllifə imzalatmaq və onunla xatirə fotosu çəkdirmək fürsəti əldə ediblər.

“Əli və Nino” kitab mağazalar şəbəkəsi müəlliflərlə oxucuları bir araya gətirən görüşlər təşkil etməyə, ədəbiyyata marağı artırmağa və mədəni ünsiyyət üçün yeni imkanlar yaratmağa davam edir.