Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Əli və Nino-da yaradıcılıqla dolu iki fərqli workshop səni gözləyir!

Yaradıcılığını kəşf et: Əli və Nino-da iki maraqlı workshop!

Əli və Nino kitab mağazaları şəbəkəsi sizi yaradıcılıq, rənglər və gözəl detallarla dolu iki xüsusi workshopa dəvət edir!

8 noyabr tarixində iştirakçılar öz zövqlərinə uyğun aksesuarlar hazırlamaq, fərqli dekorativ materiallarla işləmək və yaradıcılıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Günün ilk workshopunda iştirakçılar incilər, strazlar, dekorativ güllər və müxtəlif bəzək elementlərindən istifadə edərək özlərinə məxsus daraqlar dizayn edəcəklər. Üstəlik, hər iştirakçıya güzgü və daraqdan ibarət xüsusi hədiyyə dəsti təqdim olunacaq.

Günün ikinci workshopunda isə sadə çantalar rənglər, çiçək motivləri və dekorativ elementlərlə fərdi üsluba uyğun unikal aksesuarlara çevriləcək.

Hər iki workshopun iştirak haqqına çay süfrəsi, Instax foto çəkilişi və bütün lazımi ləvazimatlar daxildir.

Workshop proqramı:

Daraq hazırlamaq
Saat: 13:30
İştirak haqqı: 14.99 AZN

Çanta hazırlamaq
Saat: 15:00
İştirak haqqı: 19.99 AZN

Tarix: 8 noyabr
Məkan: Əli və Nino

Yaradıcılıqla dolu bu günü bizimlə keçirmək, öz əllərinizlə hazırladığınız aksesuarlarla evə qayıtmaq üçün sizi gözləyirik!

Digər paylaşımlar