Dünya dinlərindən biri olan Buddizmə müasir dövrdə bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə maraq dayanmadan artır. Bu marağın nəticəsidir ki, hazırda bu dinin ardıcıllarının sayı 1 milyardı keçmişdir.
Sizə təqdim ediləcək bu kitabda Satischandra Çatterci, Dhirendra Mohan Datta “Hind fəlsəfəsinə giriş” və Clive Errickerin “Buddizm” adlı kitablarından istifadə olunmuşdur. Bu kitabda siz Buddizmin yaradıcısı, real tarixi şəxsiyyət olan Siddharta, onun təlimi, eləcə də, Buddizmdə olan çoxsaylı məktəb və cərəyanlar barədə oxuyacaq, Buddizmin tarixi, həmçinin müasir həyatda
mövqeyi və rolu haqqında məlumatlar toplayacaqsınız.