"Çapar" nəşriyyatında yeni çapdan çıxmış nəfis tərtibatlı, nadir foto-şəkillər və illüstrasiyalarla zəngin "Əlimərdan bəy Topçubaşov ərmağanı" kitabında diplomat-alimin məşhur sələfi haqqında müxtəlif illərdə yazdığı ayrı-ayrı məqalələr, əsərlərinin ayrı-ayrı nəşrlərinə yazdığı ön sözlər, müqəddimələr, Paris həyatı və müasirləri ilə qarşılıqlı münasibətləri haqqında araşdırmalar, bəzi siyasi publisistika nümunələrindən tərcümələr toplanıb. Cümhuriyyətin görkəmli siyasi xadiminin vəfatı münasibəti ilə "Prometey" və "Severnıy Kavkaz-Şimali Kafkasiya" mühacir nəşrlərinin xüsusi saylarında dərc olunan çoxsaylı materiallar (nekroloqlar, dəfn mərasimində çeşidli ölkələri təmsil edən siyasi liderlərin nitqləri, ailəsinə göndərilən başsağlığı teleqramları və s.) ilk dəfə tam şəkildə tərcümə edilərək bu kitabda toplanıb.
Vilayət Quliyevin "Əlimərdan bəy Topçubaşov ərməğanı" kitabındakı materiallar həm Azərbaycan Cümhuriyyətini, həm də onun qurucu atalarını daha yaxından tanımağa və tanıtmağa xidmət edir.
ISBN:
9789952852769
Janr:
Tarix
Nəşriyyat:
Çapar yayınları
Cild:
Yumşaq
Müəllif:
Vilayət Quliyev
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar