Qeyri-qanuni şəkildə hamilə qalan gənc qızın başqa çarəsi yoxdur.
Ailəsindəki qadınların ona cızdığı plana uyğunlaşmalıdır - övladını gözdən uzaqda dünyaya gətirmək üçün yanına bir köməkçi də alıb uzaq, kimsəsiz bir adaya köçməlidir.
Evdə qalan kişilər isə bir yalanla aldadılırlar - qızın saçları yanıb deyə özünə gəlmək üçün bir müddət bibisigildə qalacaq.
Beləliklə, qeyri-adi bir hekayə, qeyri- adi bir həyat başlayır. Qismətdən, eyib axtaran gözlərdən, həyata hökm edən kişilərdən uzaq bir həyat...
Bir tərəfdə əxlaqa hörmət nağılları, digər tərəfdə qızğın azadlıq ehtirası...
"Gözyaşı malikanəsi" romanı ilə müəllif Şəbnəm İşıgözəl tamamilə yeni bir nəfəs yaradır.