Aleksey Tolstoyun “Mühəndis Qarinin hiperboloidi” əsəri 1920-ci illərdə SSRİ-də yazılan ilk elmi-fantastik romandır. Yazıcı romanda həmin illərin dünyasında hakim olan gücün, pulun və şöhrətin təsvirini verməklə, əslində, kapitalizmi parodiya edir. Romanda mühəndis Qarin tərəfindən hazırlanan aparat həm də “şüa qaytanı” ilə hər şeyi məhv etmək gücünə malik silahdır. Dünya gücləri bu aparatı hakimiyyət üçün ələ keçirməyə çalışır. Ancaq Qarin zəif xarakter deyil, mütləq hakimiyyət arzusundadır və buna görə hər şey etməyə hazırdır. Müxtəlif obrazların, xarakterlərin yer aldığı, hadisələrin sürətlə inkişaf etdiyi bu romanla A.Tolstoy oxucusuna dünyanı gəzdirir. Müəllif əsərin başlıca ideyalarından biri kimi bildirir ki, elmdən yanlış yolda istifadə edilərsə, necə dəhşətli faciələrə, fəlakətlərə yol açılar.
ISBN:
9789952846706
Janr:
Fantastika
Nəşriyyat:
MIMTA
Cild:
Yumşaq
Müəllif:
Aleksey Tolstoy
Səhifə sayı:
292
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Fantastik kitab yazmaq həqiqətən böyük istedad tələb edir. Müəlliflərin olmayan bir dünyanı təsvir etməsi, oxucunu o dünyaya inandırması çox heyrətamizdir.
Bənzər məhsullar