Yalom psixoterapiyanın yaranması haqqında mükəmməl
roman yazmışdır. O, XIX əsrin sonlarında Vyanada baş verən
hadisənin mahiyyətini düşünüb tapmış və uydurduğu hekayəyə
real qəhrəmanlar gətirmişdir. Fridrix Nitsşe rus gözəli Lu Salomeyə
olan ehtiraslı məhəbbətinin iztirabını çəkir, gənc Freydin
müəllimi həkim Breyer isə – sonralar biri o birinin psixoterapevti
olan keçmiş xəstəsinə patoloji vurğunluğunun əzabını
yaşayır. Bizim gözümüzün qarşısında dahi insanların sarsıdıcı
dramı oynanılır. Bu roman tarixi faktlara əsaslansa da, tədricən
bizi elə bir cəzbedici fantastik aləmə qovuşdurur ki, artıq reallığı
uydurulmuş süjetdən ayırmaq mümkünsüz olur.
ISBN:
9789952386493
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İrvin D. Yalom
Səhifə sayı:
448
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 10
Bu kitab mənim üçün bir bələdçi oldu. Özümü və başqalarını daha yaxşı dərk etmək üçün əvəzolunmaz vasitədir. 👍👍
Əla xidmət gösterdiniz. Kitabım yaxşı paketlənmiş və zədəsiz idi. Əli və Nino sifarişlərini hər kəsə tövsiyə edirəm.
Möhtəşəm kitab! Hər səhifəsində dərin fikirlər və praktiki məsləhətlər var. Həyatımda tətbiq etdiyim dəyişikliklər gözlədiyimdən daha sürətli nəticə verdi.
Müəllifin qələmi çox güclüdür. Kitabın hər bir hissəsi məni valeh etdi və özümə çox şey öyrəndim.
Ən mürəkkəb fəlsəfi mövzuları sadə, anlaşılan dildə çatdırıb, Yalom. Fəlsəfə kitabları oxuyanlar mənim nə demək istədiyim anlayar yəinki, elə kitablar olur oqədər qəliz dildə yazılırki, nə oxuduğunu anlamırsan. Amma mən bu kitabda onu görmədim. Yorulmadan oxuduğum az sayda kitablardan biri oldu.
Sürətli çatdirmaqda üstünüzə yoxdur! Xaçmaz şəhərinə istədim kitabı iki gün keçmişdiki birdə gördüm kitabım gəlib.
Mən bir pisixoloq olaraq öz həmkarlarıma daha çox məsləhət görərdim ki, bu kitabı oxusunlar. Pisixiterapiyanın bir çox sirrləri açıqlanıb kitabda.
Rəfiqəmin mənə hədiyyəsidir, çox xoşuma gəldi kitab. Darıxdırıcı deyil, həvəslə oxudum.
Kitab psixoterapiya seansları və insanların daxili dünyasını anlamaq üçün böyük mənbədir. Yalom oxuculara özlərini terapevt divanında oturmuş kimi hiss etdirir və Nitsşenin ideyalarını insanın şəxsi inkişafı ilə necə birləşdirə biləcəyimizi göstərir. Bu kitab həm psixologiya, həm də fəlsəfə həvəskarları üçün maraqlı oxuyur. Yalomun səlis və səmimi yazı tərzi oxucunu səhifələrə sürükləyir və Nitsşenin fəlsəfi fikirlərinin gündəlik həyatımıza necə tətbiq oluna biləcəyi haqqında dərindən düşünməyə vadar edir.
Tam fərqli kitabdır. Ehtiraslı məhəbbət, sevgi, vurğunluq, fantastikda dolu bir romandır. Oxuduqca san ki, nəfəs kəsən bir film izləyirdim. Hər kəsə məsləhət görürəm. Oxumağa dəyər👍
Bənzər məhsullar
Bununla birlikdə alırlar