Siz astrofizika sahəsinə aid ən son kəşflər haqqında məlumat almaq istərdinizmi? Kainatın yaranmasını saniyəbəsaniyə izləmək necə? Yəqin Yerin mənşəyi, qara materiya, qravitasiya, qalaktikalararası uçuş və “Böyük partlayış” haqqında yeni məlumatlardan da imtina etməzsiniz. Elədirsə, bu kitab sizə yaxından kömək edəcək. Görəcəksiniz ki, bütün bunları bilmək üçün sizə heç bir xüsusi təhsil lazım deyil. Azacıq unudulmuş orta məktəb bilgiləri kifayətdir. Bircə şərtlə: öyrənməyə marağınız olsun. Astrofizika göründüyü qədər də mürəkkəb deyil. Üstəlik, müəllif kifayət qədər peşəkardır. O, müasir dövrün ən nüfuzlu, ən zəkalı, ən hazırcavab astrofizikidir. Mürəkkəb elmi nəzəriyyələr barədə aydın, maraqlı və yumorla danışmaq istedadına malikdir. Kitab bütün ailəniz üçün faydalı və cəlbedici olacaqdır. Elmi-texniki tərəqqidən geri qalmamaq üçün oxuyun.
ISBN:
9789952381511
Janr:
Elm
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Nil deQrass Tayson
Səhifə sayı:
168
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Astrofizikaya marağım vardı, amma bu kitab elmi daha anlaşılan formada təqdim edir. Çox sadə dillə kosmosun möcüzələrindən bəhs edir.
Oxuduğum en maraqli kitabdir. Menim kimi fizika ve riyaziyyat, kimyani seven insansınızsa mütleq oxuyun.
Bənzər məhsullar
Bununla birlikdə alırlar