Joze Rodriqes duş Santuşun "Tanrının formulu" əsəri elə çap olunduğu il Portuqaliyanın ən çox satılan kitabı olmağı bacardı.
Bir zamanlar dahi Eynşteynin formulu əsasında Tanrının mövcudluğu haqqında sübutlar axtarışına çıxan portuqalıyalı professor bir neçə elmi köməyə çağırır. Kriptologiya, kosmologiya, beynəlxalq casusluq, fizika və riyaziyyat kimi elmlər də bu siyahıya daxildir.
Macəra dolu axtarışlar Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı ilə İranda, Tibetdə və Portuqaliyada aparılır.
Kitabda verilən bütün elmi biliklər doğrudur,
fiziklər və riyaziyyatçılar burada verilən elmi
nəzəriyyələri müdafiə edir.
Müəllifin qeydi