Qatil səsboğanlı tapança çıxardı. Elə həmin anda Polzunov, yuxudan ayılmış kimi, “ləğvedən”in üstünə atıldı. Otaq kiçik idi, burada əl-qol açıb sərbəst hərəkət etmək mümkün deyildi və bu da qatilin hərəkətlərinə həlledici təsir göstərdi. O, qurbanına kifayət qədər yaxınlaşdı. Polzunov bəsit bir qərargah zabiti deyildi, o, Əfqanıstan müharibəsini görmüş birisi idi. Orada isə çox zaman həyat qəfil alınan qərardan asılı olurdu. Məhz buna görə də dərhal çevrilib üstünə tuşlanmış silahı gördükdə o, qatilin üzərinə atıldı.
Keçmiş kəşfiyyatçılar olmur. Ehtiyatda olan DTK polkovniki Timur Qarayev «Qalxan və qılınc» adlı məxfi təşkilata dəvət olunduqda bundan tamamilə əmin oldu. Təşkilatın məqsədi və hədəfi xarici kəşfiyyatlara Rusiyanın dövlət sirlərini verən satqın fərarilərin axtarışı və ləğv edilməsi idi. Qarayevə tapşırılan vəzifə əsl zərbə oldu. Məlum oldu ki, onun yaxınlarda həlak olan dostu və əməkdaşı Pavel Sleptsov, heç demə, satqın imiş. Bu, təkzibedilməz faktdır. İndi Timurun qarşısında duran məqsəd Sleptsovun son dərəcə konspirasiya olunmuş rabitəçisini axtarıb tapmaq idi. Bu adam barədə onun operativ təxəllüsünün Ağacqıran olmasından başqa heç bir məlumat yoxdur…
ISBN:
9789952264616
Janr:
Detektiv
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
O, ən sevilən və tanınmış yazıçılardan biri olmaqla birlikdə, əsasən soyuq, müstəqil dövrlərin insanları və onların psixologiyası ilə bağlı tədqiqatlar etmişdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar