Detektiv romanlar müəllifi Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. "Leopard" ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN:
9789952310030
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Elxan Elatlı
Səhifə sayı:
476
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Dedektiv sevən hər kəs üçün əvəzolunmaz bir əsərdir. Hadisələr gözlənilməz şəkildə inkişaf edir, həyəcanla oxudum.
Möhtəşəm bir detektiv hekayəsidir! Personajlar çox yaxşı inkişaf etdirilmişdi və hadisələrin axışı çox dinamik idi. Süjetin açılışı məni heyrətləndirdi və sona qədər məni maraqla saxladı. Bəyənərək oxudum, sizə də tövsiyə edirəm.
Kitabın sirli atmosferi çox xoşuma gəldi. Qəhrəmanların xarakteri yaxşı işlənmişdi və hadisələr də çox məntiqli şəkildə qurulmuşdu. Elxan Elatlının qələmini qələmini çox bəyənirəm.
Əla kitabdır. Təəssüf ki mövcud 2
Bənzər məhsullar
Bununla birlikdə alırlar