27 iyul tarixində “Əli və Nino” kitab mağazasının uşaqlar üçün nəzərdə tutulmuş kitab klubunun növbəti görüşü baş tutdu. Bu dəfə müzakirə mövzusu bütün dünyada sevilən və uşaqların fantaziyasını zənginləşdirən "Kiçik Prins" kitabı oldu.
Uşaqlar kitabın maraqlı və dərin məzmununu birlikdə oxuyub, Kiçik Prinsin macəraları, dostluq və məsuliyyət kimi əsas mövzular üzərində fikirlərini bölüşdülər. Kitab klubunun məqsədi uşaqlarda oxumağa həvəs yaratmaq və onları ədəbiyyatla daha yaxından tanış etməkdir.
Görüşdə həmçinin iştirakçı uşaqlar üçün rəngarəng viktorinalar və interaktiv oyunlar təşkil olunaraq, kitabdan alınan dərslər əyləncəli formada möhkəmləndirildi.
Uşaq kitab klubu növbəti dəfə maraqlı və maarifləndirici mövzularla davam edəcək.