“Əli və Nino” kitab klubları noyabr ayında üç fərqli görüşlə oxucularını bir araya gətirəcək.
Ayın proqramına uşaqlar üçün “Harri Potter və Alov Qədəhi”, Rus dilli kitab klubunun müzakirəsi üçün Mett Heyqin “Gecəyarısı qatarı” və ingilisdilli kitab klubunun seçimi olan Co Nesbonun “Wolf Hour” əsəri daxildir.
Uşaq kitab klubunun görüşündə iştirakçılar Harri Potterin sehrli dünyasına səyahət edərək əsərin qəhrəmanları və hadisələri haqqında fikir mübadiləsi aparacaqlar. Rusdilli kitab klubunun üzvləri Mett Heyqin əsərinin yaratdığı sualları və fərqli seçimlərin insan həyatına təsirini müzakirə edəcəklər. İngilisdilli görüşdə isə oxucular Co Nesbonun kriminal dünyasına daxil olaraq əsərin süjetini, personajlarını və yaratdığı təəssüratları birlikdə təhlil edəcəklər.
Görüşlərin vaxtı və məkanı:
📖 Uşaq kitab klubu
-
Kitab: “Harri Potter və Alov Qədəhi”
-
Tarix: 29 noyabr
-
Saat: 12:00
📖 Rusdilli kitab klubu
-
Kitab: Mett Heyq, “Gecəyarısı qatarı”
-
Tarix: 29 noyabr
-
Saat: 15:00
📖 İngilisdilli kitab klubu
-
Kitab: Jo Nesbø, Wolf Hour
-
Tarix: 29 noyabr
-
Saat: 16:00
📍 Məkan: “Əli və Nino” kitab mağazası, Crescent Mall, 4-cü mərtəbə.