Fransa səfirliyinin dəstəyi ilə “Əli və Nino” kitab klubunun noyabr görüşü keçiriləcək.
27 noyabr saat 18:30-da Crescent Mall-da yerləşən “Əli və Nino” kitab mağazasında kitab klubunun növbəti müzakirəsi baş tutacaq. Görüşün mövzusu Marjan Satrapinin dünya miqyasında tanınan avtobioqrafik qrafik romanı “Persepolis” olacaq.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut iştirak edəcək. Görüş oxucular üçün yalnız kitab müzakirəsi deyil, həm də ədəbiyyat və mədəniyyət vasitəsilə fərqli təcrübələri anlamaq və fikir mübadiləsi aparmaq imkanı yaradacaq.
Təşəbbüsə dəstək olaraq, Fransa səfirliyi kitab klubunun 20 üzvünə “Persepolis” kitabını hədiyyə edib. Bu xüsusi hədiyyə oxucuların əsərlə daha yaxından tanış olmasına və müzakirədə fəal iştirakına töhfə verəcək.
📅 Tarix: 27 noyabr
🕡 Saat: 18:30
📍 Məkan: “Əli və Nino”, Crescent Mall, 4-cü mərtəbə
Fransa səfirliyinin dəstəyi ilə keçirilən bu görüşdə kitabsevərləri bir araya gəlməyə, düşüncələrini bölüşməyə və “Persepolis” əsərinin dünyasına birlikdə səyahət etməyə dəvət edirik.