18 yanvar tarixində “Əli və Nino” kitab mağazasında (Crescent Mall, 4-cü mərtəbə) oxucular üçün bir neçə istiqamət üzrə kitab klubu görüşləri keçiriləcək.
Görüşlər gün ərzində fərqli saatlarda təşkil olunacaq:
-
11:00 – Uşaq Kitab Klubu: “Harry Potter və Fəlsəfə Daşı”
-
13:00 – Rus bölməsi: Чимаманда Нгози Адичи — «Половина жёлтого солнца»
-
15:00 – Azərbaycan bölməsi: Çimamada Ngozi Adiçi – “Sarı Günəşin Yarısı”
-
17:00 – English selection: Marcus Aurelius – “Meditations”
Kitab klubu görüşlərində iştirakçılar seçilən əsərləri müzakirə edəcək, fikir mübadiləsi aparacaq və oxu mədəniyyətini daha da inkişaf etdirmək imkanı qazanacaqlar.