3 oktyabr tarixində “Əli və Nino” kitab klubununda Olqa Primaçenko ilə oxucular üçün xüsusi görüş keçiriləcək.
Görüş zamanı müəllifin “К себе нежно” kitabı ətrafında söhbət aparılacaq. Özünə dəyər vermək, şəxsi sərhədlər, özünə qayğı göstərmək və gündəlik həyatda özünə qarşı daha anlayışlı münasibət formalaşdırmaq kimi mövzulara toxunulacaq.
İştirakçılar müəlliflə canlı ünsiyyət qurmaq, kitab haqqında fikirlərini bölüşmək və onları maraqlandıran sualları birbaşa Olqa Primaçenkoya ünvanlamaq imkanı əldə edəcəklər.
Görüş 3 oktyabr, saat 17:00-da, “Əli və Nino” kitab evinin Crescent Mall, 4-cü mərtəbəsində yerləşən filialında baş tutacaq.
Tədbir Hilton Garden Inn Baku-nun təşkilati dəstəyi ilə keçirilir.
Kitabların birləşdirdiyi, görüşlərin ilham verdiyi bu xüsusi axşamda bütün kitabsevərlər dəvətlidir.