26 aprel tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında kitabsevərlər üçün 4 fərqli kitab klubu görüşü uğurla baş tutdu.
Günün ilk yarısında uşaqlar üçün təşkil olunan görüşdə C.K. Roulinqin “Harri Potter və sirlər otağı” əsəri müzakirə edildi. Balaca oxucular kitabın sehrli dünyası haqqında öz fikirlərini bölüşərək aktiv iştirak etdilər.
Daha sonra keçirilən görüşdə Ali Heyzelvudun “Beyindəki eşq” əsəri ətrafında müasir münasibətlər və sevgi mövzusunda maraqlı diskussiya aparıldı.
İngilisdilli kitab klubunda Norman Vincent Peale-in “The Power of Positive Thinking” əsəri müzakirə olundu və iştirakçılar pozitiv düşüncənin həyatdakı rolu barədə fikir mübadiləsi apardılar.
Rusdilli kitab klubu çərçivəsində isə Orxan Pamukun “Muzey nevinnosti” əsəri müzakirə edilərək tədbirə fərqli ədəbi baxış qatıldı.
Bütün görüşlər iştirakçıların aktivliyi və maraqlı müzakirələri ilə yadda qaldı.