Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” Kitab Klubunda “Sən Əjdahasan” kitabı müzakirə olundu!

27 iyul tarixində “Əli və Nino” Kitab Klubunun növbəti görüşü baş tutdu. Crescent Mall filialında keçirilən tədbirdə Cen Sinseronun motivasiya janrında dünya miqyasında məşhur olan “Sən Əjdahasan” (You Are a Badass) kitabı müzakirə edildi.

Oxucular kitabın əsas ideyaları – öz gücünə inanmaq, mənfi düşüncələrdən azad olmaq və həyatdakı potensialı üzə çıxarma yolları haqqında fikirlərini bölüşdülər. Görüş boyu kitabın insanın şəxsi inkişafına təsiri, həyat keyfiyyətini artırmaq üçün praktiki tövsiyələri və yazıçının üslubu ətrafında maraqlı və səmimi dialoqlar aparıldı.

“Əli və Nino” Kitab Klubu bu kimi görüşlərlə oxucuları həm motivasiya etməyə, həm də bir araya gətirib dəyərli müzakirələrə imkan yaratmağa davam edir.

📍 Görüş yeri: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə

Növbəti klub görüşlərini qaçırmamaq üçün bizi izləyin! 📖✨

 

Digər paylaşımlar