Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” Rusdilli Kitab Klubunda “Сирцея” kitabı müzakirə olundu!

27 iyul tarixində saat 11:30-da “Əli və Nino”nun Crescent Mall filialında rusdilli oxucular üçün nəzərdə tutulmuş Kitab Klubunun növbəti görüşü keçirildi. Bu dəfə müzakirəyə Madlen Millerin məşhur “Сирцея” (“Circe”) romanı çıxarılmışdı.

Qədim yunan mifologiyasına əsaslanan bu əsər güclü qadın obrazı ilə seçilir və iştirakçılar Circe obrazı, mifoloji motivlər, müəllifin dili və əsərin müasir oxucuya verdiyi mesajlar ətrafında maraqlı fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçılar üçün həm intellektual, həm də ruhlandırıcı bir təcrübəyə çevrilib. “Əli və Nino” Kitab Klubu oxucuları fərqli janrlarda bir araya gətirməyə və hər görüşdə yeni düşüncələr doğurmağa davam edir.

📍 Məkan: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə

Növbəti rusdilli görüşlərdə iştirak etmək üçün bizi izləməyə davam edin! 💬📚

Digər paylaşımlar