22 fevral tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall, 4-cü mərtəbədə yerləşən filialında ardıcıl olaraq bir neçə kitab klubu görüşü təşkil olundu.
Gün “Uşaq Kitab Klubunun seçimi” çərçivəsində Rik Riordanın “Persi Cekson və Olimplilər: İldırım Oğrusu” əsərinin müzakirəsi ilə başladı. Kiçik oxucular əsərin qəhrəmanlarını və süjet xəttini aktiv şəkildə təhlil etdilər.
Daha sonra Veks Kinqin “Sevgiyə daha yaxın” kitabı ətrafında şəxsi inkişaf və münasibətlər mövzusunda geniş müzakirə aparıldı.
Rus bölməsində Joël Dickerin “Ужасно катастрофический поход в зоопарк” əsəri müzakirə olundu, iştirakçılar süjet və müəllif üslubu barədə fikir mübadiləsi apardılar.
Elif Şafakın “There Are Rivers in the Sky” romanına həsr olunmuş görüş isə tarix, mədəniyyət və insan talelərinin paralel inkişafı mövzularını ön plana çıxardı.
Bütün görüşlər canlı diskussiya və yüksək oxucu marağı ilə yadda qaldı.


