May ayında “Əli və Nino” kitab klublarında fərqli dillərdə seçilmiş əsərlər müzakirə olunacaq.
Uşaq kitab klubu Azərbaycan dilində Ursula K. Le Guinin “Dəniz torpaqlarının cadugəri” əsərini oxuyacaq. Macəra və fantaziya dolu bu kitab gənc oxucuları sehrli Earthsea dünyasına aparacaq.
Rus dili kitab klubunda Aleks Maykelidesin “Səssiz pasiyent” psixoloji trilleri müzakirə ediləcək. Gözlənilməz hadisələri və gərgin atmosferi ilə seçilən əsər oxucular arasında böyük maraq doğurur.
İngilis dili kitab klubunun seçimində isə Frank Tillyenin “Lenta Möbiusa” romanı yer alıb. Detektiv və triller elementlərini birləşdirən əsər iştirakçıları sirli hadisələrin içinə aparacaq.
“The Handmaid’s Tale” romanı isə distopik ədəbiyyat sevərləri bir araya gətirəcək. Marqaret Etvudun məşhur əsəri cəmiyyət, azadlıq və insan hüquqları mövzularını ön plana çıxarır.