Avqustun 30-da saat 12:30-da “Crescent Mall” ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında Rus dilli kitab klubunun növbəti görüşü keçirilib. Kitab klubunun avqust ayı üçün seçimi olan Emi Harmonun “İtmiş ürəklər” romanı – bir ailənin Oreqon cığırı üzərindən keçən təhlükəli səyahətindən bəhs edən epik hekayə müzakirənin əsas mövzusu olub.
Görüş canlı ünsiyyət və rahat atmosferdə keçib. Klub iştirakçları oxuduqları əsər təəssüratlarını bölüşüb, qəhrəmanların taleyini, mürəkkəb həyat seçimlərini və tarixi konteksti müzakirə ediblər. Ənənəyə uyğun olaraq tədbir iştirakçıların əllərində kitabla xatirə şəkli çəkdirməsi ilə başa çatıb.