Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Hansı bölgə hansı kitabı oxuyur?

Alinino.az saytı rayonlardan gələn sifarişlər əsasında kiçik araşdırma apararaq, Azərbaycanın hansı bölgəsində hansı kitabın daha çox oxunduğunu tapdı. 

Təsnifat aşağıdakı kimidir:

 

 

1. Ağdaş - Narahatlığa necə son qoymalı və rahat yaşamalı

XXI əsrin ağlasığmaz qədər gur, mürəkkəb, problematik başlanğıcı!.. Bundan İnsanlığı itirmədən necə salamat çıxmalı? Yaxınlara və əziz insanlara özlərini dərk etməkdə necə kömək etməli? Necə özünü tapmalı? Narahatlığa necə son qoymalı və rahat yaşamağa başlamalı?
İnsan münasibətləri sahəsində məşhur amerikalı mü­tə­xəssis Deyl Karneginin bu kitabı bizim hə­ya­tımızın bu və bir çox vacib suallarına cavab verir. 
2.  Astara   - Maliyyəçi
Frenk Kaupervud birja dəllalıdır. O, birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq müxtəlif maliyyə əməliyyatları aparır, əlindəki külli miqdarda vəsaitdən istifadə edərək, paralel olaraq öz biznesini də qurur və xeyli varlanır. Ancaq Frenk bu işdə tək deyil. O, Respublikaçılar Partiyası şəhər təşkilatı rəhbərlərinin şəhər xəzinədarı vəzifəsinə oturtduqları Corc Stinerlə əlbirdir. Bacarıqsız və istedadsız, vəzifəyə ancaq qorxaq və itaətkar olduğuna görə təyin olunan Stiner diribaş və çevik, birja və maliyyə məsələlərindən son dərəcə yaxşı anlayan Kaupervudun sayəsində əməlli-başlı varlanır. Ancaq qonşu Çikaqoda qəflətən baş verən fəlakət – irimiqyaslı yanğın hər şeyi bir anda alt-üst edir. Birjada qalxan panika Kaupervudu müflis edir və nəticədə şəhər xəzinədarı ilə aralarındakı gizli maliyyə fırıldaqları üzə çıxır, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunur. Lakin onların həbsinin əsas səbəbi bələdiyyə xəzinəsindən götürülən vəsaitin israf olunması deyil. Çünki bu presedent əvvəllər də olub. Məsələ burasındadır ki, Kaupervud evli olduğu halda, partiya boslarından birinin – Batlerin qızıyla eşq macərası yaşayır və bundan xəbər tutan ata, nəyin bahasına olursa olsun, qızının namusunu ləkələyən adamdan qisas almaq istəyir.
3. Balakən  -  Hərb və sülh 
  Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804-1807 və 1812-1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş “Hərb və sülh” romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.
4. Beyləqan  - Kararı Ben Veririm
Her yeni ilişki temiz bir defterdir. Yaşadıkça yepyeni bir hikâyenin yazılıyor olduğunu bile düşünürsünüz. Ancak sonra bir de bakarsınız ki defter aslında boş değil... Çocukluk anıları, travmalar, eski ilişkilerin yaraları, paternler, inançlar, kalıplar, alışkanlıklar, takıntılar, korkular, endişeler, beklentiler, kompleksler ve daha neler neler... İşte tam da bu noktada karışır işler. Çünkü artık ilişki sizden emek ister. Üstelik de en çok kendinize emek veriyor olmanızı ister. Hiçbir ilişki, akıntıya kapılıp gitmek değildir, kürekleri güvenle elde tutmaya devam etmektir. Ne isteyip ne istemediğinizin kararını kendiniz veremediğiniz sürece yaşanan şey bir sürüncemeden fazlası sayılmaz. Unutmayın ki kimse sizi mutsuz edemez, ancak siz buna izin verirsiniz. O halde mutsuzluktan yakınmayı bırakın. Hayatınızda neyin olmasına, neyin olmamasına sebep olduğunuz gerçeğine uyanın. İlişkisini yöneten, hayatını da yönetir kuşkusuz. Ancak bunun için kim olduğunuzla yüzleşmelisinizdir önce... Nasıl mı? Tabii ki bir karar vererek... Bu kitabı okumakla kalmayıp Uzman Psikolog Esra Ezmeci`nin sayısız danışmanlık hizmetinden sonra incelikle üzerinde durup çalışarak sistematikleştirdiği önerilerini uygulamaya da karar verdiğinizde, hayatınızda gerçek bir temiz sayfa açabildiğinizi deneyimleyeceksiniz.
5. Daşkəsən  - Varlı ata, Kasıb ata
Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər.
Kitabdan çıxan başlıca nəticə odur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq, səmərəli istifadə etməkdir. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir.
Söz yox ki, “Varlı ata, kasıb ata” kitabı öz həyatını firavanlıq içərisində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün faydalı kitabdır.
6. Gəncə  - Tufanlı Yoxuşlar
“Tufanlı yoxuşlar” dünya ədəbiyyatının ən məşhur sevgi romanlarından biridir. İllər keçdikcə bu məşhurluq nəinki azalır, əksinə, artır.
Roman əsasında onlarla film çəkilib. Əsərin süjeti bəstəkarları da cəlb edib, onun əsasında mahnı və balladalar bəstələnib, hətta Stefani Mayerin məşhur “Alatoranlıq” saqasında da “Tufanlı yoxuşlar”dan epizodlar var. Reytinq məlumatlarına görə, roman bütün dövrlərin ən romantik kitabıdır. Amma düşünməyin ki, bu, sadəcə, xoşbəxt sonluqla bitən gözəl sevgi hekayətidir. Bu, qeyri-adi kitabdır: süjetin ani şəkildə doğurduğu faciəvi nəticələri və gözlənilməz dönüşləri ilə... Təbiətin müəmmalı və anlaşılmaz təzahürləri ilə qəhrəmanların qəlbində elə ehtiraslar baş qaldırır ki, bu, ən hazırlıqlı oxucunu belə sarsıdır.
7.Göyçay  - Yüksək effektli insanların 7 vərdişi
Bu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı möv­zusunda misilsiz bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq prezidenti Bill Klintona, məşhur Lar­ri Kinqə və Stiven Forbsa böyük təsir etmişdir. “Fortune ­– 500” reytinqinə daxil olan böyük dünya korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər.
Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini, insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir.
Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.
8. Hacıqabul  -  Yalan nöqtəsi
Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır.
Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir.
Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar.
Onları kim və niyə öldürür?
Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar?
9.  İmişli  -  İkigai (azərbaycanca)
Öz həyatını mənalandırmağı və onu gündəlik həyatda tapmağı bacaran insan xoşbəxtdir. Gündoğan ölkənin əksər sakinlərinin uzunömürlülüyü və məmnunluğu üçün məsul olan yapon prinsipi Ikigai məhz bundan ibarətdir. Yazıçı Bettina Lemke öz kitabında Ikigai fəlsəfəsinin təməl prinsiplərindən danışır, bir sıra tapşırıq və təcrübələr təklif edir. Onların köməyi ilə özünüzə bələd ola, ürəyinizi dinləməyi və Ikigai-ınızı tapmağı öyrənə bilərsiniz.
Müəllifin həssas və ruhlandırıcı rəhbərliyi altında, bir çox nümunələr əsasında və ilhamverici meditativ üsullarla uşaqlığın xoş arzularını xatırlayın, üstün tutduğunuz kitabları, bədii nümunələri təhlil edin, ən cəsarətli xəyallarınıza doğru yol alın. Kitabın əsas hissəsi təcrübidir. Siz hər tapşırığın yerinə yetirilməsi üçün dəqiq təlimatlar, həmçinin qeydləriniz üçün boş yer alacaqsınız. 
10.  İsmayıllı  -  Qürur və qərəz

Roman sevgi evliliyinin önəmi ətrafında dövr edir, hansi ki, o dövrdə var-dövlət uğrunda evlənmək aktual məsələ idi və sözsüz ki, böyük hissəsi cəmiyyətin təzyiqi ilə baş tuturdu. "Qürur və Qərəz"  qısa bir zamanda bütün oxucuları özünə heyran qoydu , nəinki yalnız ictimaiyyət arasında hətta ədəbi alimlər arasında məhşurlaşaraq "ən çox sevilən kitablar" siyahısında özünə məxsus ilk sıraları tutdu.
İngils ədəbiyyatında ən sevilən roman seçilərək 20 milliondan çox nüsxəsinin satışına nail olunmuşdur. Belə bir məşhur romanı yaşatmaq üçün əsrlər boyu eyni adlı çoxlu filmlər çəkilmiş, həvəskar və peşəkar dramatik uyğunlaşmalar çap edilmişdir. Ceyn Ostinin “Qürur və qərəz“ romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir.  Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. 

 

 

11.  Lənkəran   -  Kürk Mantolu Madonna
  "Her gün, daima öğleden sonra oraya gidiyor, koridorlardaki resimlere bakıyormuş gibi ağır ağır, fakat büyük bir sabırsızlıkla asıl hedefine varmak isteyen adımlarımı zorla zapt ederek geziniyor, rastgele gözüme çarpmış gibi önünde durduğum "Kürk Mantolu Madonna"yı seyre dalıyor, ta kapılar kapanıncaya kadar orada bekliyordum."
Kimi tutkular rehberimiz olur yaşam boyunca. Kollarıyla bizi sarar. Sorgulamadan peşlerinden gideriz ve hiç pişman olmayacağımızı biliriz. Yapıtlarında insanların görünmeyen yüzlerini ortaya çıkaran Sabahattin Ali, bu kitabında güçlü bir tutkunun resmini çiziyor. Düzenin sildiği kişiliklere, yaşamın uçuculuğuna ve aşkın olanaksızlığına (?) dair, yanıtlanması zor sorular soruyor.
12.  Masallı  -  Solyaris
«Solyaris» romanında söhbət təkcə ayrı-ayrı adamlardan yox, bütün Yer sivilizasiyasının kosmosun dərinliklərində həll edilməsi mümkün olmayan tapmaca ilə üzləşməsindən gedir. Bütünlüklə planeti əhatə eləyən okean insanın Yerdəki şüur, düşüncə, məqsədəuyğunluq haqqındakı təsəvvürlərinə sığmır.
Solyaristiklik tənəzzül dövrünü yaşayır, bu problem ətrafında alverlər başlayır, planetin ətrafındakı nəhəng orbital stansiya bağlanmaq ərəfəsindədir. Bununla belə, romanın düşüncə mərkəzi başqa insanın – psixoloq Kris Kel­vinin taleyidir. O, o cümlədən Breqq də öz həyatlarının müxtəlif dövrlərini birləşdirmək gücündə deyillər. Okean tərəfindən naməlum məqsədlə Kelvinin yanına göndərilən «sintetik Hari» tədricən Kelvinə sadiq olan, öz həyatına qəsd eləməyə məcbur olmuş əvvəlki Harini unutdurmağa çalışır. Nəyə görə Kelvin stansiyada qalır? Məşhur əlaqəni gözləyirdi? Sevgilisinin qayıdacağına ümid eləyirdi? Ha­disələr zəncirinin ayrılmaz surətdə bir-biri ilə əlaqəli olduğu üzə çıxır. Kris üçün əvvəlki, kosmosa qədər olan dəyər­ləri – ailə, məhəbbət, ev əzizdir, lakin onların əldə edil­məsinə yalnız burada, uzaq planetin ətrafında ümid bəsləmək olar.
13. Mingəçevir  -  Balaca Şahzadə

 Balaca şahzadə — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

 

 

 

 

14. Qax - Satış etmək sənəti

 Bu kitabın məqsədi sizə, istədiyiniz qədər pul qazanmaq üçün maneələri aradan qaldırmağı öyrətməkdir. Bütün uğurlu satıcılar satış etməyi yaxşı bacarırlar. Məhsulu təqdim etməyin, müştərinin ehtiyaclarını öyrənməyin, inam qazanmağın, etirazlarla işləməyin və satışa nail olmağın bir neçə yolunu bilirlər. Müştərinin nə üçün tərəddüd etdiyini və pul ödəyib məhsul almağı nə üçün yubatdığını və bunların öhdəsindən gəlmək üçün təklifi başqa cür etməyin qaydasını bilirlər.
Bu gün satış işində narahat olmağınızın yeganə səbəbi bu sənətə hələ tam yiyələnməməyinizdir. Zamanın sınağından keçmiş bu üsullara yiyələndikdən sonra onları daim tətbiq edə bilərsiniz. Bundan sonra qısa bir zamanda siz uğurlu satıcıların sırasına qatılacaqsınız və sahənizin ən gəlirli insanlarından olacaqsınız.

 

 

 

 

15. Qəbələ  - Kosmos

 Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır. 

 

 

 

16.  Quba  - Madalyonun İçi

 Madalyonun İçi Psikiyatr ve yazar Gülseren Budayıcıoğlu’nun 2004 yılında yayınlanan Madalyonun İçi adlı kitabı, birden farklı yaşam hikayesini sayfalarında barındırıyor. “Bir Psikiyatristin Not Defterinden” sloganıyla okurlarına ulaşan kitap, yazarının klinik tecrübelerinden yola çıkarak tüm toplumu mercek altına alıyor. En İlginç Hikayeler, Gerçeklerden Doğuyor Psikiyatri, ilginç vakaları ve insanın özüne inen yaklaşımlarıyla toplumda en çok merak uyandıran alanların başında geliyor. Psikiyatrinin eğildiği ruhsal problemler, aynı zamanda kurgu dünyasının da en büyük ilham kaynakları arasında yer alıyor. Gerçek ile kurgunun birbirini beslemesinin yanı sıra psikiyatri alanında kaleme alınmış tüm incelemeler ve vaka hikayeleri de başlı başına sürükleyici metinler olarak dikkat çekiyor. Dünyada psikiyatri ile edebiyatın iç içe geçtiği birçok örneğe rastlamak mümkün. Ancak nasıl ki her toplumun kendine ait normları varsa, psikiyatrik vakaların çeşitliliği ve çözümleri de ona göre şekilleniyor. Çünkü bireyin iç dünyasına yön veren de aslında sosyal çevresi, yani toplum oluyor. Gülseren Budayıcıoğlu’nun kaleme aldığı Madalyonun İçi, bu yönüyle Türkiye toplumunda yetişen çeşitli bireyleri ve onların iç dünyasını en çarpıcı şekilde ele alıyor. Bu kitap, sokakta yürürken yanından geçebileceğiniz sıradan insanın iç yüzüne ışık tutuyor. Öyleyse siz de Madalyonun İçi’nde kendinizi bulmaya hazır olun! Bunu Biliyor muydunuz? Gülseren Budayıcıoğlu, Madalyonun İçi kitabının yayımlanmasından bir yıl sonra, Ankara'nın T.C. Sağlık Bakanlığından ruhsatlı ilk özel psikiyatri merkezi olan Özel Madalyon Psikiyatri Merkezini kurarak en büyük hayalini gerçekleştirdi. İlk kitabının adını taşıyan bu kurumun beraberinde Budayıcıoğlu, psikiyatriyi günlük yaşamın pratikleri içerisinde kitlelere ulaştıran eserler yazmaya devam ediyor. En Sevilen Kitaplara Hemen Şimdi Sahip Olun! Yalnızca bir kitap, insan yaşamına olan yaklaşımınızı kökten değiştirebilir mi? Peki ya alelade bir insan, dış görünümünün altında hangi yaşanmışlıkları gizleyebilir? Gülseren Budayıcıoğlu’nun bireysel ve sosyal ufkunuzu genişletecek Madalyonun İçi adlı eseri, bakış açınızın genişlemesini sağlayacak. Bu kitabı hala kitaplığınıza eklemediyseniz hemen şimdi sipariş verin, birbirinden sürükleyici birçok yaşam hikayesine siz de yakından tanık olun.

 

 

 

 

17.  Salyan   - Martin İden

   Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü.

Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.

Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın.

 

 

 

18.  Şamaxı -  Da Vinçi şifrəsi

Leonardo da Vinçi işlərində gizli şifrələr var… Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər… Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif ‘Da vinçi şifrəsi’ romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harrvard Universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırır…

 

 

 

 

19. Şəmkir  -  Amok Koşucusu

 Amok Koşucusu doktor olarak yardıma ihtiyaç duyan bir insana el uzatmanın vicdani yükümlülüğüyle kendi karmaşık duyguları arasında sıkışıp kalan bir adamın hikâyesidir. Hollanda Doğu Hint Adaları'nda görev yapan bir doktor, dara düşüp kendisine başvuran çok zengin bir kadının "yardım" talebini geri çevirir. Zira kadının mağrur ve hesapçı tavrı karşısında büyük bir öfkeye kapılmış, gururuna yenik düşmüştür. Ancak söz konusu olan insan hayatıdır. Kısa süre içinde pişmanlığın pençesine düşer. Kadına yardım etmeyi saplantı haline getiren doktor, Malezya halkında rastlanan bir nevi öldürücü delilik olan hummanın, amokun etkisi altına girer.

 

 

 

 

20.  Sumqayıt - Мадонна в меховом манто

  Сабахаттин Али – поэт и прозаик, классик турецкой литературы новейшего времени. Роман “Мадонна в меховом манто” представляет собой историю Раифа-эфенди – отпрыска богатого османского рода, волею судьбы превратившегося в мелкого служащего, типичного “маленького человека” Турции первой половины XX столетия. Значительную часть романа составляет дневник героя – история жизни Раифа-эфенди в Турции и Германии, его любви к немецкой художнице Марии Пудер, духовных поисков и терзаний. Жизнь героя в Европе протекает на фоне мастерски изображенной Германии периода после поражения в Первой мировой войне. Автором романа выведено множество ярких, психологически точных типов немцев и турок 1920–1930-х годов (сам писатель несколько лет прожил в Германии).