Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

10 May həftəsonu masterclassları böyük maraqla baş tutdu

10 may tarixində “Əli və Nino” Crescent Mall filialında təşkil olunan həftəsonu tədbirləri uğurla başa çatdı. Gün ərzində keçirilən müxtəlif masterclasslar həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb oldu.

İştirakçılar stəkan boyama, taxta əlfəcin boyama, gips fiqurların boyanması, gül buketi hazırlama və ətir hazırlama masterclasslarında öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı əldə etdilər. Tədbirlər boyunca rəngarəng atmosfer, pozitiv enerji və iştirakçıların marağı xüsusi diqqət çəkdi.

Masterclasslar iştirakçılara yalnız yeni bacarıqlar qazanmaq deyil, eyni zamanda həftəsonunu fərqli və yaddaqalan şəkildə keçirmək fürsəti yaratdı.