16 noyabr tarixində “Əli və Nino” Crescent Mall filialında keçirilən həftəsonu tədbirləri ziyarətçilərə rəngarəng və yaradıcı bir gün yaşatdı. Gün boyu davam edən müxtəlif fəaliyyətlər həm uşaqlar, həm də böyüklər tərəfindən böyük maraqla qarşılandı.
Tədbir saat 12:00-da açar asqısı hazırlama masterklassı ilə başladı. İştirakçılar öz zövqlərinə uyğun olaraq fərdi dizaynlar yaratdılar və ortaya çox maraqlı işlər çıxdı. Ardınca stəkan boyama saatı keçirildi – xüsusən də uşaqlar üçün çox əyləncəli bir fəaliyyət oldu.
Saat 14:00–14:50 aralığında baş tutan Terrarium masterklassı günün ən sevilən hissələrindən biri oldu. Qonaqlar öz terrariumlarını hazırlayaraq həm təcrübə qazandılar, həm də yaratdıqları kompozisiyanı evlərinə aparmaq şansı əldə etdilər.
Daha sonra saat 15:00-da gipsdən fiqur boyama fəaliyyəti keçirildi. Rənglərlə işləməyi sevən uşaqlar üçün bu masterklass əsl yaradıcı meydan oldu.
Günün sonunda isə saat 16:00–17:00 aralığında İnstax ilə pulsuz fotosessiya təşkil edildi. İştirakçılar həmin anı yaddaşda saxlamaq üçün gözəl fotolar əldə etdilər və tədbiri xoş xatirələrlə tamamladılar.
Həftəsonu proqramımız iştirakçıların öz yaradıcılıq potensialını kəşf etməsi, fərqli fəaliyyətləri sınaqdan keçirməsi və ailəvi şəkildə keyifli vaxt keçirməsi üçün gözəl bir fürsət oldu.
Növbəti həftəsonu tədbirlərində sizi də görməkdən məmnun olarıq!
Əlaqə: +994 51 716 59 11









