Asya Lavrinoviç Bakıya gəlir: məşhur yazıçı ilə canlı görüş keçiriləcək
Məşhur slavyan ədəbiyyatının sevilən simalarından biri – Asya Lavrinoviç ilk dəfə olaraq Bakıya gəlir. Oxucuların böyük maraqla qarşıladığı yazıçı paytaxtda öz pərəstişkarları ilə canlı görüş keçirəcək. Tədbir çərçivəsində müəllif kitabları haqqında danışacaq, yaradıcılıq prosesindən bəhs edəcək və iştirakçıların suallarını cavablandıracaq.
Görüş 14 dekabr, saat 16:00-da, “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında baş tutacaq. İmza günü formatında keçiriləcək tədbirdə Asya Lavrinoviç yeni əsərləri və gələcək planları haqqında da məlumat verəcək. Oxucular sevdikləri kitabları imzalatmaq, müəlliflə foto çəkdirmək və onunla şəxsən tanış olmaq imkanı əldə edəcəklər.
Son illərdə regionda geniş oxucu auditoriyası qazanan Asya Lavrinoviçin Bakıya səfəri yerli ədəbiyyatsevərlərin böyük marağına səbəb olub. Tədbir hər kəs üçün açıq və iştirak ödənişsiz olacaq.
Ədəbiyyat həvəskarları üçün ilin sonuna xüsusi bir hədiyyə olacaq bu görüşdə iştirak etmək istəyənlərə mağazaya bir qədər tez gəlmələri tövsiyə olunur.
