28 noyabr saat 19:00-da “Əli və Nino” Crescent Mall filialında tanınmış şəxsi inkişaf üzrə təlimçi Aysel Zeynalovanın “Sadhu” adlı xüsusi təlimi baş tutacaq. Bu təlim özünü daha yaxşı tanımaq, daxili gücünü kəşf etmək və özünə dəyər hissini gücləndirmək istəyən hər bir iştirakçı üçün inkişaf etdirici bir təcrübə təqdim edir.
“Sadhu” təliminin əsas məqsədi insanın özünə olan münasibətini, özünü qəbul etmə və özünə inam prosesini daha dərindən dərk etməkdir. Aysel Zeynalova bu görüşdə iştirakçılara həm nəzəri biliklər, həm də gündəlik həyata asanlıqla tətbiq oluna biləcək praktik yanaşmalar təqdim edəcək.
Ödəniş: 20 AZN – qiymətə 1 fincan çay daxildir.
Təlim “Əli və Nino”nun 4-cü mərtəbədə yerləşən rahat və inspirativ məkanında keçiriləcək.
Yer sayı məhduddur. Qeydiyyat və əlavə məlumat üçün: +994 51 716 59 11
Özünə investisiya etməyin tam zamanıdır! Bu il davam edən şəxsi inkişaf tədbirlərimizin növbəti ilhamverici mərhələsində sizi də görməkdən məmnun olarıq.