Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Aytən Salami ilə Görüş və İmza Saatı – 16 Noyabr Tədbiri Uğurla Baş Tutdu

16 noyabr saat 18:00-da, Crescent Mall, da Azərbaycan oxucularının sevimli müəlliflərindən biri olan Aytən Salami ilə görüş və imza saatı keçirildi. Tədbir kitabsevərlərin böyük marağı ilə müşahidə olundu və samimi, interaktiv ab-havada baş tutdu.

Görüş zamanı Aytən Salami iştirakçılarla kitablarının mövzuları, astroloji biliklər və şəxsi inkişafla bağlı fikirlərini bölüşdü. Oxucular müəllifə öz suallarını vermək, fikir mübadiləsi aparmaq və fərdi tövsiyələr almaq imkanı qazandılar.

Tədbirin ən gözəl anlarından biri isə imza saatı oldu — qonaqlar “Astrologiyanı Öyrənirəm” kitabını müəllifin öz əl imzası ilə əldə edərək bu günü yadigar kimi xatirələrinə yazdılar.

Səmimi atmosfer, müəllif-oxucu yaxınlığı və yüksək iştirakçı sayı bu görüşü həm Aytən Salami, həm də oxucular üçün unudulmaz etdi.

Növbəti tədbirlərdə sizi də görməkdən məmnun olarıq!
Əlaqə: +994 51 716 59 11

 

 

Məqalədə qeyd olunan məhsullar
16.15 AZN 19 AZN
Astrologiyanı Öyrənirəm
ədəd