Braziliya səfirliyinin təşkilatçılığı ilə “Əyri kotan” kitabının təqdimatı keçirildi
10 dekabr 2025-ci il tarixində mağazamızda Braziliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Əyri kotan” (“O Arado Torcido”) kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Braziliyanın Azərbaycandakı səfiri cənab *Manuel Montenegro*, səfirliyin digər nümayəndələri, ədəbiyyatsevərlər, bloggerlər və ziyarətçilər iştirak etdilər.
Görüş zamanı kitabın mövzusu, müəllifin yaradıcılığı və əsərin Braziliya ədəbiyyatında tutduğu xüsusi yer haqqında məlumat verildi.
Tədbir səmimi və yüksək maraqla qarşılandı.










