“Əli və Nino” kitab mağazası 17 may tarixində yaradıcılıq dolu bir həftəsonu proqramı təqdim edir. Tədbirlər iştirakçılara həm əylənmək, həm də yeni bacarıqlar qazanmaq imkanı verir.
Gün ərzində 3 fərqli masterclass keçiriləcək:
- 13:00–15:00 — Ətir hazırlama masterclassı
- 15:00–17:00 — Gips fiqurlarının boyanması
- 16:00–18:00 — Stəkan boyama masterclassı
İştirak üçün qeydiyyat və əlavə məlumat: +994 51 716 59 11.