🎉 13 iyulda “Əli və Nino” Crescent Mall filialında dolu-dolu bir gün yaşandı! 🎨🧶
Həftəsonunda uşaqlar və valideynlər üçün təşkil olunan toxuma master-klassları, dekor hazırlama, stəkan rəngləmə və boyama atelyeləri böyük maraqla qarşılandı. Kiçik dostlarımız kreativ fəaliyyətlərlə məşğul olaraq yeni bacarıqlar qazandılar, valideynlər isə bu anların sevincini onlarla birlikdə yaşadılar.
📍 Gün boyu təşkil olunan:
🔸 Toxuma Masterclass
🔸 Balaca Şahzadə dekoru hazırlama
🔸 Stəkan rəngləmə
🔸 Labubu boyama masterclass-ları iştirakçılara əyləncəli və yaradıcı saatlar yaşatdı.
Bu maraqlı anlardan fotoları sizinlə paylaşırıq! 📸✨
🎈 Siz də növbəti tədbirlərimizdən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın!