Aprelin 16-da saat 16:00-da “Əli və Nino” kitab mağazasının 28 Mall filialında tanınmış detektiv yazıçı Elxan Elatlı ilə görüş keçiriləcək.
Görüş zamanı oxucular müəlliflə yaxından tanış olmaq, onun yaradıcılığı haqqında daha ətraflı məlumat almaq və maraqlı suallar ünvanlamaq imkanı əldə edəcəklər.
Detektiv janrının sevilən simalarından biri olan Elxan Elatlının iştirakı ilə keçiriləcək tədbirin geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağı gözlənilir.