Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da rəngarəng həftəsonu: masterklasslar, dekor, fotosessiya və əyləncə

Oktyabrın 12-də paytaxtın sevimli kitab məkanı – “Əli və Nino” Crescent Mall filialında ziyarətçilər üçün xüsusi həftəsonu proqramı hazırlanıb. Tədbirlər uşaqlar, gənclər və böyüklər üçün müxtəlif maraqlı fəaliyyətləri əhatə edir.

Proqram çərçivəsində iştirakçılar həm yaradıcılıq bacarıqlarını sınayacaq, həm də fərqli təcrübələr əldə edəcəklər:

Dilək bankası Masterclassı – saat 13:00–13:50. İştirakçılar öz arzularını və xəyallarını xüsusi hazırlanmış dekorativ bankalarda saxlayaraq həm maraqlı əl işi, həm də motivasiya mənbəyi əldə edəcəklər. (Ödəniş: 10 AZN)

Halloween dekoru hazırlayaq – saat 14:00–14:50. Payız ab-havasında keçiriləcək masterklassda uşaqlar və böyüklər birlikdə bayram dekoru düzəldəcəklər. (Ödəniş: 7 AZN)

İnstax ilə pulsuz fotosessiya – saat 15:00–15:50. Tədbir iştirakçıları xatirə üçün ödənişsiz olaraq Instax kameraları ilə şəkil çəkdirə biləcəklər.

Stəkan boyayaq – saat 16:00–16:50. Fərdi yaradıcılıq imkanları açan bu tədbirdə hər kəs öz stəkanını rəngləyərək şəxsi dizaynını hazırlayacaq. (Ödəniş: 5 AZN)

Ətir hazırlayaq – saat 17:00–18:00. Ətir dünyasına səyahət edərək, iştirakçılar öz unikal qoxularını formalaşdırma fürsəti qazanacaqlar. (Ödəniş: 15 AZN)


Tədbirlər Crescent Mall-un 4-cü mərtəbəsində yerləşən “Əli və Nino” mağazasında keçiriləcək. Maraqlı proqram həm uşaqlar, həm də böyüklər üçün faydalı vaxt keçirmək imkanı yaradacaq.

📞 Əlaqə üçün: +994 51 716 59 11