21 sentyabrda “Əli və Nino” Crescent Mall mağazasında uşaqlar üçün təşkil olunan həftəsonu tədbirləri böyük maraqla qarşılandı. Kiçik iştirakçılar müxtəlif yaradıcılıq fəaliyyətlərində iştirak edərək həm öyrəndi, həm də əyləndilər.
Günün ilk yarısında uşaqlar “Taxta əlfacin düzəldək” adlı maraqlı məşğələdə öz kitab əlfəcinlərini hazırladılar. Ardınca isə “Terrarium Masterclass” zamanı iştirakçılar miniatür bağçalar düzəltməyi öyrəndilər.
Daha sonra “Dəniz qabıqları ilə rəsm” saatında balacalar təbiətin hədiyyələrindən istifadə edərək yaradıcı rəsmlər çəkdilər. Günün sonunda isə “Labubu fiquru boyayaq” adlı interaktiv məşğələ uşaqlar üçün əsl rəng festivalına çevrildi.
Tədbirin əsas məqsədi uşaqların yaradıcılığını inkişaf etdirmək, onların azad şəkildə özlərini ifadə etmələrinə şərait yaratmaq idi. Tədbir iştirakçılar və valideynlər tərəfindən böyük rəğbətlə qarşılandı.