14 sentyabr tarixində “Əli və Nino” Crescent Mall filialında uşaqlar üçün xüsusi həftəsonu proqramı keçiriləcək. Tədbirlər həm öyrədici, həm də əyləncəli olması ilə seçilir və uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün əla fürsət yaradacaq.
Proqram çərçivəsində balacalar müxtəlif istiqamətli məşğələlərdə iştirak edə biləcəklər:
Manifest lövhəsi hazırlayaq – saat 13:00–13:50. Uşaqlar öz ideyalarını rəngli lövhələr üzərində ifadə etməyi öyrənəcəklər. Ödəniş: 5 AZN.
Əlfəcin düzəldək – saat 14:00–14:50. Kitabsevərlər üçün yararlı və maraqlı əlfəcinlərin hazırlanması nəzərdə tutulur. Ödəniş: 5 AZN.
Taxtalarla laylı boyama – saat 15:00–15:50. Bu mərhələdə uşaqlar ağac parçaları üzərində fərqli boyama texnikaları ilə tanış olacaqlar. Ödəniş: 15 AZN.
Labubu fiquru boyayaq – saat 16:00–18:00. Balacalar sevimli fiqurları öz zövqlərinə uyğun rəngləndirərək əyləncəli vaxt keçirəcəklər. Ödəniş: 10 AZN.
Tədbirlər uşaqların diqqətini cəlb edəcək, onların xəyallarını genişləndirəcək və əl qabiliyyətlərini artıracaq. Valideynlər isə övladlarının həm faydalı, həm də şən bir gün keçirməsinə şahid ola biləcəklər.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 51 716 59 11.
📍 Ünvan: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə.