19 oktyabr tarixində “Əli və Nino”nun Crescent Mall filialında uşaqlar üçün xüsusi olaraq hazırlanmış həftəsonu tədbirləri baş tutub. Proqram çərçivəsində kiçik iştirakçılar stəkan boyama, Halloween dekoru hazırlama, manifest lövhəsi yaratma, gips fiquru boyama və dəniz qabıqları ilə rəsmlər çəkmək kimi maraqlı master-klasslarda iştirak ediblər. Fəaliyyətlər 13:00-dan 18:00-dək davam edib və hər bir məşğələ uşaqların yaradıcılıq potensialını üzə çıxarmağa, estetik zövqünü və əl bacarıqlarını inkişaf etdirməyə yönəlib. Səmimi və əyləncəli mühitdə keçən tədbir balacalara unudulmaz bir gün bəxş edib.
20 Oktyabr 2025
“Əli və Nino” Crescent Mall-da uşaqlar üçün rəngli həftəsonu tədbirləri keçirildi
Digər paylaşımlar