Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” uşaqları və valideynləri yaradıcılıq dolu həftəsonuna dəvət edir

21 iyun tarixində “Əli və Nino” Crescent Mall-un 4-cü mərtəbəsində növbəti həftəsonu tədbirləri təşkil olunacaq. Gün ərzində uşaqlar və yaradıcılığa maraq göstərən hər kəs üçün müxtəlif master-klasslar keçiriləcək.

Proqram stəkan boyama master-klası ilə başlayacaq. Daha sonra iştirakçılar əlfəcin boyama fəaliyyətində öz fantaziyalarını nümayiş etdirə biləcəklər. Tədbirin davamında hər kəs öz zövqünə uyğun daraq hazırlamaq imkanı qazanacaq. Günün ikinci yarısında çanta boyama və güldan boyama master-klassları keçiriləcək.

Yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, yeni əl işləri hazırlamaq və xoş həftəsonu keçirmək istəyən hər kəs tədbirə qoşula bilər. “Əli və Nino” bu dəfə də qonaqlarına rəngarəng və ilhamverici bir gün təqdim etməyə hazırlaşır.

Digər paylaşımlar