14 iyun tarixində “Əli və Nino” Crescent Mall-un 4-cü mərtəbəsində həftəsonu yaradıcılıq proqramı uğurla həyata keçirildi. Gün ərzində təşkil olunan master-klasslarda iştirakçılar həm yeni bacarıqlar qazandılar, həm də maraqlı vaxt keçirdilər.
Tədbir dekorativ güllərdən buket hazırlanması master-klası ilə başladı. Daha sonra stəkan, daş və dibçək boyama üzrə yaradıcı məşğələlər keçirildi. Günün sonunda isə uşaqlar üçün təşkil olunan gips fiqurların boyanması master-klası balacaların xüsusi marağına səbəb oldu.
Rəngarəng atmosfer, yaradıcı fəaliyyətlər və iştirakçıların yüksək əhval-ruhiyyəsi tədbiri yaddaqalan etdi. “Əli və Nino” həftəsonu proqramları ilə qonaqlarına həm öyrədici, həm də əyləncəli istirahət imkanları təqdim etməyə davam edir.