Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da Çin Mədəniyyəti Günü keçirildi

“Əli və Nino” Crescent Mall filialında Çin Mədəniyyəti Günü uğurla keçirildi. Tədbir Çin mədəniyyətinin zəngin irsinin tanıdılması, mədəniyyətlərarası dialoqun təşviqi və iştirakçıların qədim Çin ənənələri ilə yaxından tanış olması məqsədi daşıyırdı.

Tədbir çərçivəsində qonaqlar Çin mətbəxinin seçilmiş nümunələri ilə tanış olub, ölkənin kulinariya mədəniyyəti haqqında məlumat əldə etdilər. Eyni zamanda, Çin kalliqrafiyası və estampaj (möhür/stamp) sənətinə həsr olunmuş təqdimatlar iştirakçıların böyük marağına səbəb oldu.

Proqramın digər hissəsində Çin mədəniyyətinə həsr olunmuş sərgi nümayiş etdirildi, həmçinin əl işləri üzrə keçirilən master-klasslarda iştirakçılar müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşulmaq imkanı qazandılar.

Tədbir boyunca qonaqlar Çin mədəniyyətinin incəliklərini öyrənməklə yanaşı, bu qədim sivilizasiyanın tarixini, incəsənətini və ənənələrini daha yaxından kəşf etdilər. Çin Mədəniyyəti Günü iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və yaddaqalan təəssüratlarla yadda qaldı.

Digər paylaşımlar