31 may tarixində “Əli və Nino”-da təşkil olunan həftəsonu tədbirləri uğurla başa çatdı.
Günün ilk master-klassında iştirakçılar əlfəcin boyama və müxtəlif yaradıcı nümunələr hazırladılar.
Daha sonra keçirilən stəkan boyama master-klassında uşaqlar öz fantaziyalarından istifadə edərək rəngarəng və fərdi dizaynlar yaratdılar.
Gips fiquru boyama master-klassı da iştirakçıların böyük marağına səbəb oldu. Uşaqlar müxtəlif fiqurları rəngləyərək yaradıcılıqlarını nümayiş etdirdilər.
Dekor hazırlama master-klassında iştirakçılar əl işləri vasitəsilə ev və məkan bəzəkləri hazırladılar.
Günün son tədbiri olan gildən dekor hazırlama master-klassında isə iştirakçılar gil ilə işləmə texnikalarını öyrənərək öz dekorativ nümunələrini yaratdılar.
Tədbirlər boyunca iştirakçılar həm yeni bacarıqlar qazandılar, həm də yaradıcı və əyləncəli bir gün keçirdilər.