“Əli və Nino” Kitab Evinin Crescent Mall filialı 7 iyun tarixində yaradıcılıq və əl işlərini sevən hər kəsi xüsusi masterklaslara dəvət edir.
Proqram saat 13:00-da dekorativ güllərlə gül buketi hazırlama masterklası ilə başlayacaq. Daha sonra iştirakçılar stəkan boyama, ətir hazırlama, gips fiquru boyama və gildən dekor hazırlama üzrə interaktiv məşğələlərdə iştirak edə biləcəklər.
Masterklaslar həm böyüklər, həm də yaradıcılığa maraq göstərən gənclər üçün nəzərdə tutulub. Tədbirin məqsədi iştirakçıların əl bacarıqlarını inkişaf etdirmək, yaradıcılıqlarını üzə çıxarmaq və onlara xoş həftəsonu atmosferi təqdim etməkdir.
Tədbir “Əli və Nino”nun Crescent Mall filialında keçiriləcək.
Əlavə məlumat və qeydiyyat üçün: +994 51 716 59 11.