7 iyun tarixində “Əli və Nino” Kitab Evinin Crescent Mall filialında təşkil olunan həftəsonu yaradıcılıq masterklasları uğurla başa çatıb.
Tədbir çərçivəsində iştirakçılar dekorativ güllərdən buket hazırlama, stəkan boyama, ətir hazırlama, gips fiqurların rənglənməsi və gildən dekor hazırlanması üzrə masterklaslarda iştirak ediblər. Təcrübəli təlimçilərin rəhbərliyi altında keçirilən məşğələlər zamanı qonaqlar öz əl bacarıqlarını sınamaq və yeni yaradıcılıq istiqamətləri ilə tanış olmaq imkanı əldə ediblər.
Masterklaslar xüsusilə ailələr, gənclər və yaradıcılığa maraq göstərən iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir boyunca iştirakçılar öz hazırladıqları əl işlərini xatirə olaraq özləri ilə aparıblar.
“Əli və Nino” Kitab Evi gələcəkdə də oxucuları və ziyarətçiləri üçün bu cür maarifləndirici və yaradıcılığı təşviq edən tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.