1 fevral tarixində “Əli və Nino” Crescent Mall da müxtəlif yaş qrupları üçün maraqlı və əyləncəli masterclasslar təşkil olunacaq.
Proqram çərçivəsində stəkan boyama, ana-bala üçün gips fiquru boyama, bilərzik hazırlama, muncuqlarla tikmə və toxuma masterclassları keçiriləcək. Tədbirlərdə həm valideynlər övladları ilə birlikdə, həm də fərdi şəkildə iştirak edə bilərlər.
📍 Məkan: “Əli və Nino” Kitabevi, Crescent Mall, 4-cü mərtəbə
📞 Əlaqə: +994 51 716 59 11