“Əli və Nino” kitab mağazasında təşkil olunan “Aikido və Yaponiya Mədəniyyəti Günü” iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirin xüsusi qonağı — Yaponiyadan dəvət olunmuş Cuniçi QOMITA sensei Aikido nümayişi ilə qonaqlara bu döyüş sənətinin fəlsəfəsi və texnikaları haqqında məlumat verdi.
Proqram çərçivəsində qonaqlar Yapon mətbəxindən seçilmiş təamları dadmaq, milli geyimlərlə fotosessiyada iştirak etmək, kalliqrafiya sənəti ilə tanış olmaq və Yapon ədəbiyyatı haqqında təqdimatı izləmək imkanı əldə etdilər.
Tədbir boyunca iştirakçılar Yaponiyanın zəngin mədəniyyəti və estetik dünyasına səyahət edərək unudulmaz atmosfer yaşadılar.






