Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da həftəsonu masterclassları uğurla baş tutdu

Aprelin 19-da “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında keçirilən həftəsonu tədbirləri uğurla yekunlaşıb.

Gün ərzində təşkil olunan masterclasslar iştirakçılara həm öyrədici, həm də əyləncəli anlar yaşadıb. Proqram barista təlimi ilə başlayaraq iştirakçılara öz kofelərini hazırlamaq imkanı yaradıb.

Daha sonra keçirilən “öz buketini yarat” masterclassı bahar əhvalını tədbirə gətirərək iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Terrarium hazırlanması üzrə keçirilən sessiya isə təbiəti sevənlər üçün fərqli təcrübə təqdim edib.

Günün davamında ətir hazırlama və cupcake bəzəmə masterclassları iştirakçıların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməsinə imkan yaradıb.

Tədbir boyunca iştirakçıların aktivliyi və müsbət enerjisi diqqət çəkib, tədbir xoş təəssüratlarla yadda qalıb.