15 fevral tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında həftəsonu tədbirləri çərçivəsində bir sıra yaradıcılıq masterclassları təşkil olunub. Gün ərzində toxuma, muncuqlarla tikmə, ətir hazırlama, çanta boyama və cütlüklər üçün gips boyama üzrə ustad dərsləri keçirilib.
Hər biri bir saat davam edən masterclasslarda iştirakçılar həm yeni bacarıqlar əldə edib, həm də yaradıcı atmosferdə vaxt keçiriblər. Xüsusilə cütlüklər üçün nəzərdə tutulan gips boyama masterclassı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir iştirakçıları təşkilatçılıqdan və təqdim olunan proqramdan məmnun qaldıqlarını bildiriblər.


