8 fevral tarixində “Əli və Nino” Crescent Mall filialında uşaqlar və böyüklər üçün maraqlı yaradıcılıq masterclassları təşkil olunacaq. Gün ərzində keçiriləcək müxtəlif məşğələlər iştirakçılara həm əyləncəli vaxt keçirmək, həm də yeni bacarıqlar qazanmaq imkanı yaradacaq.
Proqram çərçivəsində çanta boyama (gips fiquru hədiyyə), toxuma, muncuqlarla tikmə, ətir hazırlanması və gips fiquru boyama masterclassları təqdim olunacaq. Tədbirlər saat 13:00-dan 18:00-dək davam edəcək. İştirak ödənişləri masterclasslara görə 10–15 AZN aralığındadır.
Yaradıcı atmosferdə keçəcək bu tədbirlər ailəvi istirahət üçün əla fürsətdir.
📍 Ünvan: Crescent Mall, 4-cü mərtəbə – “Əli və Nino”
📞 Əlaqə: +994 51 716 59 11
Qeydiyyat üçün əvvəlcədən əlaqə saxlamaq tövsiyə olunur.

