“Əli və Nino”da Novruz ab-havalı həftəsonu tədbirləri keçiriləcək
22 mart tarixində “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında uşaqlar və ailələr üçün xüsusi Novruz proqramı təşkil olunacaq. Gün ərzində müxtəlif yaradıcılıq masterklassları və əyləncəli şou iştirakçıları gözləyir.
Tədbir proqramına səməni bəzəmə, yumurta boyama, Novruz mövzulu gips fiqurlarının rənglənməsi, həmçinin şam və dekor hazırlama kimi maraqlı masterklasslar daxildir. Hər bir fəaliyyət fərqli saatlarda keçiriləcək və iştirakçılara həm öyrənmək, həm də əylənmək imkanı yaradacaq.
Günün ən maraqlı hissələrindən biri isə uşaqların sevimlisi olan Kosa və Keçəl şousu olacaq. Bu rəngarəng proqram Novruz əhval-ruhiyyəsini daha da canlandıracaq.
Tədbirlər 13:00-dan başlayaraq 18:00-dək davam edəcək. İştirak ödənişləri seçilən masterklassa uyğun olaraq dəyişir.
Tədbir proqramı:
-
Səməni bəzəmə masterclassı — 13:00–14:00 (10 AZN)
-
Yumurta boyama masterclassı — 14:00–15:00 (7 AZN)
-
Novruz gips fiqurları boyama — 15:00–16:00 (10 AZN)
-
Novruz şamı hazırlama — 16:00–17:00 (30 AZN)
-
Novruz dekoru hazırlama masterclassı — 17:00–18:00 (20 AZN)
-
Kosa və Keçəl şou — 17:00–18:00
Ətraflı məlumat və qeydiyyat üçün:
📞 +994 51 716 59 11
📍 “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə
Ailənizlə birlikdə Novruzun sevincini bölüşmək üçün bu fürsəti qaçırmayın 🌿✨