Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino”da yaradıcılıq dolu həftəsonu!

12 oktyabr tarixində “Əli və Nino”nun Crescent Mall filialında ziyarətçilər üçün rəngarəng və yaradıcılıq dolu həftəsonu proqramı təşkil olundu. Gün ərzində keçirilən müxtəlif fəaliyyətlər iştirakçılara həm öyrənmək, həm də əylənmək imkanı yaratdı.

Proqram çərçivəsində qonaqlar “Diləklər bankası” masterklassında iştirak etdilər, “Halloween” dekoru hazırladılar, “İnstax”la pulsuz fotosessiyada maraqlı xatirələr yaratdılar, stəkan boyadılar və günün sonunda öz ətirlərini düzəltdilər.

Tədbirlər “Əli və Nino”nun 20 illik yubileyinə həsr olunmuş xüsusi proqramın bir hissəsi idi. Həm uşaqlar, həm də böyüklər gün boyu yaradıcı fəaliyyətlərlə dolu, əyləncəli və pozitiv bir mühitdə vaxt keçirdilər.

📍 Məkan: “Əli və Nino” Crescent Mall, 4-cü mərtəbə
📞 Əlaqə: +994 51 716 59 11